Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Gəmi təcrübəçiləri bunları bilməlidir

Gəmiyə təcrübəçi kimi gedənlər orda necə davranmaq məsələsində narahatlıq keçirirlər. Hər nə qədər dərslərdə bu mövzu ətrafında danışılsa da, nəticədə kimsə gəmiyə gedib bir kapitanla tanış olmayıb. Bu yazıda gəmiyə necə minmək, orada necə danışmaq, necə qalmaq kimi bir çox məsələlərə aydınlıq gətirməyə çalışacağıq. 

Gəmidə təcrübə çox vacibdir. Təcrübə müddətinin maraqlı və faydalı keçməsi isə hər bir tələbənin özündən asılıdır. Əlbəttə, ilk gün bir qədər narahatlıq olacaq. Amma zamanla bütün  narahatlıqlar aradan qalxacaq. Əgər, təcrübəçi necə oturub-duracağını, harda və kiminlə danışacağını bilirsə, qətiyyən çətinlik yaşamayacaq.

Aşağıdakı qaydalara əməl etmək isə işinizi daha da rahatlaşdıracaq.

1 Gəmiyə minməmişdən öncə bütün sənədlərinizin üzərinizdə olub-olmadığını yoxlayın.

2 Gəmi heyətinə özünüzü təqdim edin. Onları tanımağa çalışın. 

3 İlk gündən özünüzü həvəsli göstərin. Ümumi salonlarda və televiziya qarşısında oturmayın. Heyət üzvlərindən harda otura biləcəyinizi, harda yatacağınızı soruşun.

4 Qısa tanışlıqdan sonra iş paltarınızı geyinin. Özünüzü turist kimi aparmayın. Bu sizin əleyhinizə işləyə bilər.

5 Salona kimsə gələndə ayağa qalxıb özünüzü təqdim edin. Lazımsız zarafat və səmimiyyətdən uzaq olun. Bir şey soruşulmasa, cavab verməyin.

6 Gəmidə bəlli yemək saatları var.  Həmin saatlardan kənara çıxmayın. Yemək üçün hər kəsi gözləyin.

7 Unutmayın, gəmilərdə təcrübəçilər göz önündə olan adamlardır. Hamı təcrübəçilərlə zarafat edər, onlarla vaxt keçirər. Buna alışmalısınız. Amma əmin olun ki, onlar hər zaman sizin yanınızdadır. Ona görə də zarafatlardan heç vaxt inciməyin. Hər kəsə hörmətlə yanaşın.

8 Gəmilərdən kənara çıxmaq üçün icazə almaq lazımdır. Xəbərsiz harasa getməyə cəhd etməyin. Bir şeyi də unutmayın ki, hər limanda da kənara çıxmaq olmaz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır