Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində olan təhsil müəssisələrində oxuyan tələbələrin təhsilə marağının artırılması istiqamətində həyata keçirilən layihələr davam etdirilir. 

ASCO sədri Rauf Vəliyevin əmrinə əsasən, 2019-2020-ci tədris ili üzrə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmuş 42 tələbəyə şirkətin vəsaiti hesabına əlavə təqaüd ödəniləcək.  Belə ki, 450-500 bal toplayanlar 100,  501-550 bal toplayanlar 120,  551-600 bal toplayanlar 150,  601-700 bal toplayanlar 180 manat təqaüd alacaq.

Qaydalara əsasən, təqaüd verilərkən tələbələrin dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarına fərq qoyulmayacaq. Həmçinin, bu təqaüdlərin təyin edilməsi tələbələrə dövlət tərəfindən təsis edilən təqaüdlərin verilməsini dayandırmır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə  ASCO-da daxili imkanlar hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcürəbəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixstisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.

Bundan başqa, Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və  peşəkarlığının artırılması məqsədi ilə onların ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.

Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.

Onu da əlavə edək ki, 2018-2019-cu tədris ilindən Azərbaycan Dövlət Dəniz Akademiyasında və Akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani  təhsil alan və təhsilində yüksək nəticələr göstərən  tələbələrə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır