Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Gəmi təmirçisi olmaq məsuliyyətli və qürurverici işdir

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Ceyhun Şahnamazov ilə sizi yaxından tanış edirik.

Ceyhun Şahnamazov 2001-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz texnikası və gəmiçilk” fakültəsinin “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub.

2005-ci ildə Akademiyadakı təhsilini uğurla başa vurub.

Karyerasına 2006-ci ildə Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyində gövdə sahəsinin 2-ci dərəcəli gəmi gövdə təmirçisi vəizfəsi ilə başlayıb.

Qısa müddətdə gövdə sahəsinin ustası, böyük ustası və rəisi vəzifələrinədək yüksələ bilib.

Hazırda ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda Gövdə-qaynaq bölməsinin rəisi vəzifəsində çalışır.

Ceyhun Şahnamazov: Gəmi təmirçisi olmaq məsuliyyətli və qürurverici işdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır