Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ASCO-nun İT departamentinin əməkdaşı üç müxtəlif sertifiakata layiq görülüb

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnformasiya texnologiyaları departamentinin Sistem inzibatçısı Kamran Kərimov üç müxtəlif sertifiakata layiq görülüb.

Kamran Kərimov “İnstallation, Storage, and Compute with Windows Server 2016 (70-740)” sertifikatını almaq üçün “Microsoft”un Bakıdakı imtahan mərkəzində imtahan verib. Bu sertifikat  Microsoft Server 2016 əməliyyat sistemlərinin yenilənməsi və quraşdırılması, hyper-V və virtual maşınların quraşdırılması və konfiqurasiyası, virtual maşınların nüsxələnməsi və bərpası, server mühitlərini qorumaq və nəzarət etmək, audit və log analizlərlə əməliyyat sistemlərin fəaliyyəti təhlil etmək kimi sahələri əhatə edir.

 ASCO əməkdaşının əldə etdiyi “Initiating and Planning Projects” sertifikatı isə layihə menecerinin rolu və vəzifələrinin, layihənin təşkilati strukturlarının, maraqlı tərəflərinin, layihə iştirakçılarının məlumat ehtiyaclarının müəyyənləşdirilməsi, bir layihə planının əsas elementlərinin ümumiləşdirilməsi kimi məsələləri əhatə edir. 

“Operating Systems and You: Becoming a Power User” sertifikatına gəlincə, bu sertifikat Windows və Linux fayl sistemlərini interfeyslə istifadəsi və sistem əmirləri ilə idarəedilməsi, istifadəçilər, qruplar və hesablara giriş üçün icazələrin verilməsi, Windows və Linux əməliyyat sistemlərində proqramların yazılması və konfiqurasiyası,  sistem proseslərinin işlədilməsi və onların idarəedilməsi, İT Dəstək Mütəxəssislərin işlərinin asanlaşdırılması və sürətləndirilməsi  üçün sistemlərə daimi nəzarət məsələlərini əhatə edir.

 Kamran Kərimovun iştirak etdiyi bu kurs Google və Coursera tərəfindən birgə hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır