Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Mühəndis daim maraq, bacarıq və təcrübə dairəsini genişləndirməlidir

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun əməkdaşı Atabala Kərimli ilə sizi yaxından tanış edirik.

Atabala Kərimli 2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Texnikası və Gəmiçilk ” fakültəsi “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub.

2015-ci ildə Akademiyadakı bakalavr təhsilini uğurla başa vurub.

2016-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Texnikası və Gəmiçilk ” fakültəsi “Gəmiqayırma” ixtisasının magistraturas pilləsinə daxil olub. 2018-ci ildə magistr təhsilini uğurla başa vurub.

Karyerasına 2016-ci ildə “Xəzərdənizlayihə ETİ"–un gövdə-konstruktor şöbəsində mühəndis-konstruktor kimi başlayıb. Hazırda fəaliyyətini burada davam etdirir. 

Atabala Kərimli: Gəmiqayırma həmişə prioritet olaraq qalacaq. Buna görə də mühəndis öz peşəsinə vurğun olmalı, maraq, bacarıq və təcrübə dairəsini daim genişləndirməlidir. Çünki, bu uğurlu bir gəminin layihələndirməsi üçün çox vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır