Elxan Məmmədov: ADDA məzunları nüfuzlu şirkətlərdə öz karyeralarını uğurla davam etdirirlər
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının əməkdaşı Elxan Məmmədovla sizi yaxından tanış edirik.
Elxan Məmmədov 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” ixtisası üzrə bakalavr və 2007-ci ildə magistratura pilləsini bitirib.
Pedaqoj fəaliyyətinə 2008-ci ilin sentyabrından Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasında başlayıb. Hazırda da elə həmin kafedrasının dosentidir.
2012-2013-cü illərdə ADDA-nın “Dəniz texnikası və gəmiçilik” fakültəsinin qiyabi şöbəsi üzrə dekan müavini olub.
Uzun müddət Azərbaycan Dövlət Dəniz Akademiyasında Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində işləyib.
2013-2015-ci illərdə ADDA-da Sıravi Heyət Mütəxəssisləri Hazırlama şöbəsinin müdiri vəzifəsi ona həvalə olunub.
2015-2018-ci ilin sentyabrınadək ADDA-da Karyera qrupunun rəhbəri olub.
2017-ci ilin noyabrından 2018-ci ilin sentyabrınadək ADDA-da “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri vəzifəsini icra edib.
2018-ci ilin sentyabrından 2019-cu ilin sentyabrınadək ADDA-da İnformasiya Resurs Mərkəzinin müdiri vəzifəsində işləyib.
Hazırda “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekan müavini vəzifəsində çalışır.
Elxan müəllim ictimai fəaliyyəti ilə də seçilir. Belə ki, o Azərbaycan Dövlət Dəniz Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini də icra edir.
Elxan Məmmədov: «ADDA məzunlarının işlə təmin olunması istiqamətində geniş imkanlar yaradılıb. Məzunlarımız nüfuzlu şirkətlərdə öz karyeralarını uğurla davam etdirirlər.»