Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

ADDA-da fənn olimpiadaları keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin bilik səviyyələrini yoxlamaq məqsədilə mütəmadi olaraq müxtəlif bilik yarışları və olimpiadalar keçirilir.

28-29 noyabr tarixlərində Akademiyanın professor-müəllim heyətinin hazırladığı sual və tapşırıqlar əsasında ümumpeşə hazırlığı (riyaziyyat, ingilis dili) və ixtisas fənləri (“Gəmilərin layihələndirilməsi”, “Naviqasiya və lotsiya”, “Elektrik mühəndisliyi”, “Gəmi daxiliyanma mühərriklərinin nəzəriyyəsi”) üzrə olimpiada keçirilib. Olimpiada hər fənn üzrə ayrılıqda aparılıb. Tələbələr fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırdıqdan sonra müsabiqə komissiyasına təqdim ediblər.  

Bu gün səhər ADDA-nın əsas korpusunda sıra düzülüşü zamanı Tədris və tərbiyə işləri üzrə prorektor, professor Zahid Şərifov və Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqovun iştirakı ilə olimpiadada qalib gələn tələbələrin mükafatlandırma mərasimi keçirilib.  

Olimpiadada I, II, III yerlərin qalibləri müəyyən olunub. I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilib. “Gəmi sürücülüyü” fakültəsinin “Gəmiqayırma və gəmi təmiri” ixtisasının 186 A1 qrupunun tələbəsi İzzət Quluzadə “Gəmilərin layihələndirilməsi” fənnindən 93 bal toplayaraq 1-ci yerə layiq görülüb. Olimpiadanın öncədən elan edilmiş qaydalarına uyğun olaraq o, uğurlu nəticəsinə görə “Gəmilərin layihələndirilməsi” fənnindən qış sessiyasında keçiriləcək imtahandan azad edilib. 2-ci və 3-cü yerlərin sahibləri, eyni fakültənin tələbələri olan Kamran Osmanov (186 A2 qrupu) və Elmar Mürsəlzadə (186 R qrupu) uyğun olaraq qaydalara görə sertifikatla təltif edilib və müvafiq fəndən kollokvium üzrə 10 bal və 5 bal, məşğələ üzrə 10 bal və 5 bal, sərbəst iş üzrə 10 bal və 5 bal qazanmış hesab ediliblər.

“Gəmi sürücülüyü” fakültəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 206A1 qrupunun tələbəsi Nail Abbasov “Naviqasiya və lotsiya” fənnindən olimpiadada 3-cü yer tutub.

“Gəmi mexanikası və elektromexanikası” fakültəsinin “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixtisasının 196 A3 və 196 R qruplarının tələbələri Vüsal İbrahimov və Cəfər Kazımov “Gəmi daxiliyanma mühərriklərinin nəzəriyyəsi” fənnindən uyğun olaraq 2-ci və 3-cü yerə layiq görülüblər. “Elektrik mühəndisliyi” ixtisasının 366 A2 qrup tələbəsi Məshər Nəsirov “Elektrik mühəndisliyi” fənnindən topladığı bala görə 2-ci yeri tutub. 

ADDA-nın prorektoru Z. Şərifov qalib gələn tələbələri rəhbərlik adından təbrik edərək bildirib ki, gənclərin bilik yarışlarında iştirakı çox vacibdir və onlar daim belə tədbirlərdə fəal olmalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır