ADDA məzunu: Gəmiçilik sahəsi tənbəl insanları sevmir
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin əməkdaşı Ramin Hacıbəyovdur.
Ramin Hacıbəyov 1993-cü ildə Bakıda anadan olub.
2010-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Nəqliyyat Servisi fakultəsinə daxil olub.
2014-cü ildə Akademiyanı müvəffəqiyyətlə başa vurub.
Hərbi xidmətdən qayıtdıqdan sonra ASCO-nun “Şirvan” gəmisində matros kimi işə qəbul olunub.
Daha sonra Xəzər Dəniz Neft Donanmasının digər gəmilərində çalışıb.
Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasının balansında olan Təlim Tədris Mərkəzinin Qeydiyyat, imtahan və sertifikatlaşdırma qrupunda sertifikatların qeydiyyatı üzrə mütəxəssis vəzifəsində işləyir.
Ramin Hacıbəyov: Gəmiçilik sahəsi tənbəl insanları sevmir. Bu sahədə bilik və təcrübə çox önəmlidir. Ona görə də təcrübəmi, bilik və bacarıqlarımı mütəmadi artırmaq əsas məqsədlərimdəndir.