Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də vebinar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Müasir iş mədəniyyətinin bir hissəsi olaraq məsafədən işləmək” mövzusunda vebinar  (internet vasitəsi ilə seminar) keçirilib.  

Vebinar Deloitte Azərbaycanın Risklərin İdarə edilməsi və Hüquq departamentlərinin mütəxəssisləri  tərəfindən aparılıb.

Seminar ərzində “Deloitte”-nin “Working from home” təcrübəsi, məsafədən işin həyata keçirilməsində texniki həllər, İT risklər ilə bağlı tədbirlər, o cümlədən rəqəmsal gigiyena qaydaları və məxfi məlumatların qorunması, sistemə keçidin ilkin dövründə yaşanan problemlər, komanda ilə effektiv ünsiyyətin təmin edilməsi, rəhbərlərin yeni rejimə keçid zamanı qarşılaşdığı çətinliklər, online iclasların və görüşlərin təşkili, vaxtın idarə edilməsi: işlərin günlük və həftəlik əsasda planlanması, evdə iş şəraitinin qurulmasına dair tövsiyyələr verilib.

Qeyd edək ki, 150 ölkədə 312 mindən artıq işçisi olan “Deloitte” üçün məsafədən işləmək yenilik deyil. Uzun illərdir ki, şirkətin əməkdaşları nəinki evdən, dünyanın istənilən nöqtəsindən müxtəlif layihələr üzrə işləyir, ünsiyyət qurur, işi ilə bağlı rəy alır və rəy verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır