Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yanğın təhlükəsizliyinə dair təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun işçiləri üçün yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

Təlimin nəzəri hissəsində əməkdaşlara baş verə biləcək yanğın hadisəsi zamanı inzibati binada, bölmələrdə, sahələrdə və təmir olunan gəmilərdə yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunub. İşçi heyətin ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyəsi zamanı hərəkət qaydaları izah edilib.

Praktiki hissədə şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib.

Zavodun Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin keçirdiyi təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır