Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

Təlimləri uğurla bitirən ADDA və ADK müəllimlərinə sertifikatlar təqdim olunub

“Təlimatçılar üçün hazırlıq” və  “Dənizçilərin bilik və bacarıqlarının yoxlanmasına və qiymətləndirilməsinə dair hazırlıq” kurslarını uğurla bitirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin müəllimlərinə sertifikatlar verilib.

Sertifikatları ASCO-nun Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov təqdim edib.

Qeyd edək ki, bu ilin iyulunda keçirilən təlimlərdə dinləyicilərə təlim keçmə üsulları, tədrisin planlaşdırılması, təşkili və əlverişli təlim mühitinin yaradılması, metodikası, dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin ümumi prinsipləri haqqında geniş məlumat verilib.

Təcrübəli və gənc təlimçilərin bir-biri ilə fikir mübadiləsi aparması üçün əlavə platforma sayılan kurslar beş gün davam edib.

ASCO əməkdaşları üçün mütəmadi olaraq müxtəlif mövzularda təlimlər təşkil edir. Əsas məqsəd şirkətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır