Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

ADDA-da hekayə və esse müsabiqəsinin qalibləri təltif olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri arasında təşkil edilən “Şuşa ili”nə həsr olunmuş “Yer üzünün cənnətini seyrə gəl” adlı hekayə və esse müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından danışıblar. Qeyd olunub ki, əsgər və zabitlərimizin nümayiş etdirdiyi şücaətin nəticəsi olaraq 30 illik həsrətdən sonra Şuşada üçrəngli bayrağımız fəxrlə dalğalanır. Bu hadisə müasir tariximizə ən şanlı səhifə kimi daxil olub.

Təltifetmə mərasimində işğaldan azad olunmuş torpaqlarımızın tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb və bu məsələdə ədəbi müsabiqələrin önəmi diqqətə çatdırılıb.

Tədbirin sonunda müsabiqə qalibləri diplom və sertifkatlarla təltif olunublar.

Müsabiqənin birincisi 091A1 qrup tələbəsi Ağayev Elnur Eldəniz oğlu olub. İkinci yerləri 090A3 qrup tələbəsi Əliyev Famil Rəhim oğlu və 101A qrup tələbəsi Abdullayev Nadir Hikmət oğlu tutub. 051İ qrup tələbəsi Abbaszadə Fərid Ələsgər oğlu və 090İ qrup tələbəsi Kərimov Çingiz Nəbi oğlu üçüncü yerdə qərarlaşıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır