Məhdudiyyətlərin yumşaldılmasından sonra beynəlxalq kruiz gəmisi son üç ildə ilk dəfə Honkonq limanına yan alıb
“Silver Spirit” kruiz gəmisi son üç ildə ilk dəfə olaraq Honkonq limanına yan alıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu, şəhərdə COVID-in yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra mümkün olub.
Kruiz gəmisi baş ofisi Monakoda yerləşən “Silversea Cruises” şirkətinə məxsusdur. Layner 20 ölkədən olan 320 sərnişinlə yanvarın 5-də Sinqapurdan yola düşüb. Gəmi Sinqapura qayıtmazdan əvvəl bir gün Honkonqda qalacaq.
Yerli hakimiyyət orqanları Honkonqun regionda kruiz gəmiləri üçün əhəmiyyətli liman kimi mövqeyini gücləndirəcəyinə ümid edir. “Silver Spirit” gəmisi 600-ə qədər sərnişin götürə bilər, lakin bu dəfə Honkonqa daha az sərnişinlə gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


