Tallin limanına 7130 gəmi yan alıb
2022-ci ildə Estoniyanın Tallin limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 20,7% azalaraq 17,76 milyon tona düşüb.
“Seanews.az”-ın məlumatına görə, maye yüklərin aşırılması 41,6 faiz azalaraq 5,16 milyon tona, quru yüklərin aşırılması 37,2 faiz azalaraq 2,95 milyon tona düşüb, Ro-Ro yüklərin işlənməsi 6,2 faiz artaraq 6,9 milyon tona, ümumi yüklərin işlənməsi isə 26% artaraq 611 min tona çatıb.
Limanın konteyner dövriyyəsi 18% artaraq 267,75 min TEU olub.
Limandan keçən sərnişinlərin sayı 1,6% azalaraq 7 milyon nəfər təşkil edib. Hesabat dövründə limana 7130 gəmi daxil olub ki, bu da əvvəlki illə müqayisədə 2,8% azalma deməkdir.
Xatırladaq ki, 2021-ci ildə Tallin limanında 22,4 milyon ton yük aşırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


