“APM Terminals Maasvlakte II” şirkətində rəhbər dəyişikliyi edilib
Harold Kunst “APM Terminals Maasvlakte II” şirkətinə rəhbər təyin edilib.
“Seanews.az”-ın məlumatına görə, H.Kunst bundan əvvəl Antverpen limanında “MSC PSA European Terminal”-ın baş direktoru olub. O, karyerasına 1996-cı ildə “A.P. Moller – Maersk” gəmiçilik şirkətində başlayıb və “APMT”-nin strukturunda müxtəlif vəzifələrdə çalışıb.
H.Kunst vəzifəsinin icrasına 2023-cü il avqustun 1-dən başlayacaq. Aprelin 1-dən avqustun 1-dək “APM Terminals Maasvlakte II”-ni APM Terminals Rotterdam”-ə başçılıq etmiş Rob Sponzelee idarə edəcək.
Əvvəllər Rotterdam limanında avtomatlaşdırılmış terminalın fəaliyyətinə cavabdeh olan Jan Buijse isə aprelin 1-dən Afrika və Avropa üzrə layihə direktoru vəzifəsini icra edəcək və ilk növbədə şirkətin Afrikadakı biznesinin inkişafına diqqət yetirəcək.


