“HMM”-nin özəlləşdirmə prosesinə start verilib
Dövlətə məxsus Koreya İnkişaf Bankı (KDB) və Koreya Dəniz Gəmiçiliyinə Dəstək Korporasiyası (KOBC) gəmiçilik şirkəti “HMM”-nin özəlləşdirmə prosesinə başlayıb.
Hazırda “HMM”-nin satışı üçün konsaltinq qrupunun seçimi ilə şirkətlər müəyyənləşdirilir.
“Splash”-in məlumatına görə, “HMM”-ni almağa hazır olan Koreya şirkətləri arasında “Hyundai Motor” və “SM Line” də var.
Xatırladaq ki, Koreya İnkişaf Bankı 2015-ci ildə “HMM”-in səhmdarı olub. Sonra, xəttin iflasa uğramaması üçün Koreya İnkişaf Bankı və digər kreditor banklar, şirkət "özünü sağaltma" planını təklif etdikdən sonra “HMM”-nin borcunu onun səhmlərinə dəyişdiriblər.
KDB və KOBC hazırda “HMM” gəmiçilik şirkətinin 40%-nə sahibdirlər.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


