Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-25,
Seanews
Heyder Eliyev

Braziliya və Lüksemburq Beynəlxalq Gəmiçilik Palatasına üzv qəbul edilib

Lüksemburq Gəmi Sahibləri Assosiasiyasının “FEDIL Shipping”  gəmiçiliyi və Braziliya Kabotaj Gəmi Sahibləri Assosiasiyasının Beynəlxalq Gəmiçilik Palatasına (ICS) üzvlüyü təsdiqlənib.

“Seanews.az”-ın məlumatına görə, Braziliya Beynəlxalq Gəmiçilik Palatasına daxil olan ikinci Latın Amerikası ölkəsi olub.

Bundan əlavə, bu il yanvarın 1-dən Çin Gəmi Sahibləri Assosiasiyasının təmsil etdiyi Çin təşkilata üzv olub.

Hazırda Beynəlxalq Gəmiçilik Palatasına 41 ölkənin gəmi sahibləri assosiasiyaları daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır