Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Oğurlanmış avtomobillər konteynerlərdə daşınıb

Fransa polisi bahalı avtomobilləri oğurlayaraq konteynerlərdə Avropa limanları vasitəsilə Qərbi Afrikaya göndərən cinayətkar dəstənin 13 üzvünü həbs edib.

“Europol”un mətbuat xidməti xəbər verir ki, iş üzrə istintaq hələ 2021-ci ildə başlayıb. Ümumilikdə Fransa hüquq-mühafizə orqanları bu qrupun Belçika, Niderland, Fransa, Almaniya və İspaniya limanlarından oğurladığı və daşıdığı 170-dən çox avtomobili müəyyən edib.

Ən son avtomobil modellərini əldə etmək üçün cinayətkarlar bütün Fransada avtomobil oğrularından ibarət bütün qruplardan istifadə edir, həmçinin oğurlanmış avtomobilləri Avropanın müxtəlif limanlarına daşımaq üçün azyaşlıları işə cəlb edirdilər.

Cinayətkarların tutulması əməliyyatında 110-dan çox Fransa polisi, “Europol” və “İnterpol” iştirak edib.

“Hüquq-mühafizə orqanlarının birgə səyləri əsasən Fransa, Qambiya və Seneqal vətəndaşlarından ibarət iri, mobil və çevik cinayət strukturunun müəyyən edilməsinə gətirib çıxarıb”, – “Europol”un bəyanatında deyilir.

Cinayətkarların evlərinə baxış zamanı avtomobilləri oğurlamaq üçün istifadə olunan alətlər, o cümlədən bort diaqnostik proqram təminatı, nəqliyyat vasitələrinin sənədləri və pullar götürülüb.

“Müsadirə edilmiş bir neçə mobil telefonun real vaxt rejimində təhlili nəticəsində doqquz oğurlanmış avtomobilin olduğu iki konteyner müəyyən edilib və onlar dərhal Fransanın Havr və İspaniyanın Las Palmas limanlarında saxlanılıb”, – “Europol” əlavə edib.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır