Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-17,
Seanews
Heyder Eliyev

ASCO nümayəndə heyəti “Aframax” tipli “Şuşa” və “Qarabağ” tankerlərində olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də sədrin müavini Zaur Nağıyev, “ASCO Shipmanagement AFEZCO"nun Baş meneceri Çingiz Səfərov, Texniki direktoru Konstantin Yatsenko, dəniz müfəttişi Denis Sabetov, ASCO-nun İnformasiya texnologiyaları departamentinin aparıcı mütəxəssisi Emil Babayevdən ibarət nümayəndə heyəti Egey dənizində, Türkiyənin Aliağa limanında “Aframax” tipli “Şuşa” tankerində olub.

Səfərin əsas məqsədi gəmiçiliyin “Aframax” tipli tankerlər seqmentinə daxil olmasından ötən bir ildə gəmilərin istismarı, texniki vəziyyəti və onlara texniki qulluğun təşkili ilə yaxından tanış olmaqdan ibarətdir.

Səfər çərçivəsində gəmilərin kapitanı nümayəndə tankerlərin ümumi vəziyyəti, burada işin təşkili və gedişatı ilə bağlı məlumat veriblər.

ASCO sədri Rauf Vəliyev həm “Şuşa”, həm də “Qarabağ” gəmisinin heyəti sıralarına daxil olan azərbaycanlı dənizçilərlə də görüşüb, onların iş prosesi, yaşayış şəraiti, problemləri ilə maraqlanıb.

Sədr “Şuşa” gəmisinin 3-cü köməkçisi Məhəmməd Nadirov, təcrübəçisi Anar Muradzadə ilə, “Qarabağ” gəmisinin motorçusu Anar Muradov, aşpazı Ramil Mingaliyev, təcrübəçiləri Timur Sabetov, Elvin Abdulrəhmanovla səmimi söhbət edib, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 22 nəfər azərbaycanlı dənizçi “Aframax” tipli gəmilərimizə göndərilib. Onlardan 11 nəfər təcrübə proqramına cəlb olunub, təcrübə proqramını uğurla bitirən 6 nəfər milli kadr artıq işə götürülüb, 5 nəfərin işə götürülməsi planlaşdırılır. Daha 6 nəfər azərbaycanlı isə təcrübəyə cəlb olunmadan bu tip gəmilərdə birbaşa işə qəbul olunub. İşə götürülənlərin sırasında baş köməkçi, 3-cü köməkçi, 4-cü mexanik, elektrik mexaniki, motorçu, aşpaz kimi heyət üzvləri var. Yaxın vaxtlarda gəmilərə azərbaycanlı kapitan və baş mexaniklərin də cəlb olunması nəzərdə tutulub.

Görüşlərdə dənizçilər yeni tipli gəmilərin idarə edilməsi üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib, təkliflərini səsləndirib və göstərilən etimadı doğruldacaqlarına söz veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır