Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Yaxt Klubda Xəzər Gününə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin və Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının iştirakı ilə Xəzər Gününə həsr olunmuş görüş keçirilib.

Yaxt Klubda baş tutan görüşdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (“COP29”) ölkəmizdə keçirilməsi bütün sahələrdə ekoloji məsələlərə, o cümlədən Xəzər dənizinin ətraf mühitinə diqqətin daha da artırılmasına səbəb olub.

Tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Xəzər dənizinin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlər, “COP29”-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriblər.

ASCO nümayəndələri çıxışlarında bildiriblər ki, ekoloji idarəetmə sahəsində qabaqcıl təşəbbüslərin tətbiqi şirkətin strateji hədəflərindən biridir. Bu istiqamətdə ASCO su, enerji və digər ətraf mühit aspektlərini əhatə edən resurslardan qənaətlə istfadə edilməsi üçün tədbirlər görür, o cümlədən gəmilərdə və sahil obyektlərində bu sahə üzrə innovasiyaların tətbiqi istiqamətində işlər həyata keçirir.

Tədbirdə Xəzər dənizinin səviyyəsinin enməsi mövzusu xüsusilə diqqət mərkəzində olub. Bu istiqamətdə görüş iştirakçıları geniş fikir mübadiləsi apararaq problemin aradan qaldırılmasına yönəlik təkliflərini səsləndiriblər. 

Xatırladaq ki, 12 avqust 2006-cı ildə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” qüvvəyə mindikdən sonra hər ilin 12 avqust tarixi Xəzər Günü kimi qeyd edilir. Günün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır