“NYK” üç törəmə şirkəti birləşdirir
Yaponiyanın “NYK” gəmiçilik şirkəti quru yükdaşıma bazarında yeni şirkət yaratmaq üçün “Asahi Shipping”, “Hachiuma Steamship” və “Mitsubishi Ore Transport” törəmə müəssisələrini birləşdirir.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatında belə deyilir.
Törəmə müəssisələrin birləşdirilməsi qərarı “NYK Group”-un rəqabət qabiliyyətini artırmaq strategiyasına uyğun olaraq qəbul edilib.
Hər üç şirkət oxşar xidmətlər göstərirdi. Yeni şirkət “NYK Bulkship Partners” adlandırılacaq.
Rəsmi birləşmə 2026-cı ilin yanvarına nəzərdə tutulur və rəhbəri hələ seçilməyib.
Yeni şirkətin baş ofisi Tokioda yerləşəcək. 22 gəmiyə sahib olacaq “NYK Bulkship Partners” ümumilikdə 91 gəmini idarə edəcək.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır