Hedland limanından əsasən dəmir filizi daşınır
2025-ci ilin birinci rübündə Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 1,8% artaraq 135,49 milyon tona çatıb.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində Hedland limanı vasitəsilə əsasən Çinə 133,31 milyon ton dəmir filizi ixrac edilib.
Dəmir filizi ilə yanaşı, limandan manqan filizi və duz daşınır.
Hedland limanı dəmir filizi ixracı üçün Avstraliyanın mühüm yükaşırma mərkəzidir. 2024-cü ildə limanda 576,8 milyon ton yük aşırılıb ki, bu da əvvəlki illə müqayisədə 3,7% çoxdur.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır