Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-22,
Seanews
Heyder Eliyev

“APSEZ” gəmiçilik şirkətinin Avstraliyada almaq istədiyi terminaldan 15 ölkəyə kömür ixrac edilir

Hindistanın ən böyük “Adani Ports and Special Economic Zone” (“APSEZ”) gəmiçilik şirkətinin direktorlar şurası Avstraliyanın şərq sahilində Sinqapur operatoru “Abbot Point Port Holdings”-yə (“APPH”) məxsus ixtisaslaşmış ixrac terminalının alınmasını təsdiqləyib.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, ixtisaslaşmış terminal vasitəsilə ildə 50 milyon ton kömür ixrac etmək mümkündür.

Müqavilə “Carmichael Rail & Port Singapore Holdings” (“CRPSHPL”, Sinqapur) ilə bağlanacaq.

Razılaşmaya görə, “APSEZ”, həmçinin “APPH”-nin əsas olmayan aktiv və öhdəliklərini də öz üzərinə götürəcək.

Qeyd edək ki, Ebbot Point limanında yerləşən dərin sulu kömür ixrac terminalı 2025-ci maliyyə ilində 40 milyon ton yük üçün müqavilə bağlayıb və artıq 35 milyon ton kömür aşırıb. Terminal vasitəsilə yüklər 15 ölkəyə ixrac edilir. Buradan göndərilən yüklərin 88%-i Asiya, 10%-i Avropanın payına düşür.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır