Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-22,
Seanews
Heyder Eliyev

Rumıniya Hərbi Dəniz Qüvvələri üçün Türkiyədən yeni patrul gəmiləri alacaq

Rumıniyanın Ali Müdafiə Şurası dəniz qüvvələrinin gücləndirilməsi və müxtəlif problemlərin həlli məqsədilə Türkiyədən “Hisar” tipli gəmilərin alınmasına razılıq verib

“Krasnaya vesna” agentliyi “altn.news”-a istinadən xəbər verir ki, “ASFAT” tərəfindən inşa edilən Türkiyənin “OPV” (“Offshore Patrol Vessel” - dəniz patrul gəmisi) tipli gəmisi də “yüngül gəmi” kimi təsnif edilir. Belə gəmilər müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir və ölkənin dəniz qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Zəruri elektron dəstək sistemləri və avadanlıqlarla təchiz olunan “Hisar” tipli gəmilər kəşfiyyat, müşahidə, terrorla mübarizə, axtarış-xilasetmə və dəniz təhlükəsizliyinin təmin edilməsi kimi müxtəlif əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulub.

Uzunluğu 99,56 metr, suya oturumu 3,77 metr, yükgötürmə qabiliyyəti 2300 ton olan “Hisar” tipli gəmilər 24 düyün sürətlə hərəkət edə bilir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır