“HMD” ilə tutumu 45 min kubmetr olan dörd qaz daşıyıcısının tikintisi üçün müqavilə imzalanıb
“Lloyd's Register” (“LR”) təsnifat cəmiyyəti hərtərəfli yoxlamadan sonra LNG daşıyıcıları üçün iki yanacaqlı mühərriklərin layihəsini təsdiqləyib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə qaz daşıyıcılarını bu mühərriklərlə təchiz edəcək “Trafigura” şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Trafigura” 2024-cü ildə Cənubi Koreyanın gəmiqayırma şirkəti “HD Hyundai Mipo” (“HMD”) ilə tutumu 45 min kubmetr olan dörd “MGC” tipli qaz daşıyıcısının tikintisinə dair müqavilə imzalayıb. Gəmilər “WinGD”-dən iki yanacaqlı ammonyak mühərrikləri və “Alfa Laval”-dan ammonyak emissiyasının azaldılması sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, bu tankerlər həm mayeləşdirilmiş neft qazının, həm də ammonyakın daşınması üçün nəzərdə tutulub. Gəmilər Cənubi Koreyanın Ulsan şəhərindəki “HMD” gəmiqayırma zavodunda tikiləcək və 2028-ci ildə sifarişçiyə təhvil veriləcək.
“Seanews.az”