Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-23,
Seanews
Heyder Eliyev

Konqoda taxta gəminin qəzaya uğraması nəticəsində 148 nəfər həyatını itirib

Konqo Demokratik Respublikasında taxta gəminin yanması və batması nəticəsində 148 nəfər həlak olub, 100-dən çox insan itkin düşüb.

“The Guardian” nəşri rəsmilərə istinadən xəbər verir ki, gəminin göyərtəsində 500-ə yaxın sərnişin olub.

Konqonun çay işləri üzrə komissarı Компетента Loyokonun sözlərinə görə, yanğın sərnişinlərdən biri yemək hazırlayarkən başlayıb. Aralarında qadın və uşaqlar da daxil olmaqla bir neçə nəfər suya tullanaraq boğulub. Onlarla insan xilas edilib, lakin bir çoxu ağır yanıb.

“HB Kongolo” qayığı Matankumu limanından Bolomba ərazisinə doğru gedirmiş. Motorlu taxta gəmi Mbandaka şəhəri yaxınlığında alovlanıb.

İtkin düşənlərin axtarışına “Qırmızı Xaç” və əyalət səlahiyyətlilərinin dəstəyi ilə xilasetmə qrupları cəlb edilib.

Bu da vurğulanır ki, Konqonun çayları ölkənin 100 milyondan çox əhalisi, xüsusən də infrastrukturu zəif olan ucqar ərazilər üçün əsas nəqliyyat vasitəsidir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır