ABŞ “Chipolbrok” gəmiçilik şirkətini nəzarət edilən daşıyıcıların siyahısına əlavə edib
ABŞ Federal Dəniz Komissiyası (FMC) Çin-Polşa birgə gəmiçilik şirkəti "Chipolbrok"u Çinin nəzarətində olan şirkət kimi təsnif edib və onu xüsusi qaydalarla tənzimlənən daşıyıcıların siyahısına əlavə edib.
“Seanews.ru” “Splash”-a istinadən xəbər verir ki, “Chipolbrok”un donanmasına 31 çoxməqsədli gəmi daxildir. Çin və Polşa Respublikası hökumətlərinin birgə mülkiyyəti olan şirkətin qərargahı Şanxayda yerləşir.
ABŞ Federal Dəniz Komissiyası “Chipolbrok” şirkətinin mülkiyyət strukturunun auditindən sonra müəyyən edib ki, Çin hökuməti korporativ struktura və kommersiya fəaliyyətlərinə Polşa tərəfdaşından daha çox nəzarət edir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır