Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

“Kadr təhlükəsizliyi” mövzusunda peşəkar təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən qurumların insan resursları üzrə mütəxəssisləri üçün “Kadr təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Təlimdə ASCO-nun İnsan Resurslarının İdarəedilməsi Departamentinin (İRİD) rəisi Sevda Məmmədova və gənclərlə iş üzrə koordinatoru Gülçin Aslanova da iştirak edib.

Təlimin əsas məqsədi iştirakçıların insan psixotiplərinin tanınması, yalanın identifikasiyası üzrə ilkin deteksiya bacarıqlarının formalaşdırılması və effektiv müsahibələrin aparılması üçün düzgün stimulların seçilməsi ilə bağlı praktik bilik və vərdişlərinin inkişaf etdirilməsi olub.

Təlim zamanı iştirakçılar profaylinq metodları, müsahibə prosesində effektiv stimulların tətbiqi və digər aktual mövzular ətrafında məlumatlandırılıb, film personajlarından tutmuş real həyat nümunələrinə qədər geniş spektrdə müzakirələr və praktiki məşğələlər aparılıb.

Təlimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Fuad İsmayılov aparıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır