Qazaxıstan yaxın üç ildə “Orta Dəhliz”lə ixracı 10 milyon tona çatdıracaq
Qazaxıstan 2028-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, “Orta Dəhliz”) ilə ixracın həcmini 10 milyon tona çatdırmağı planlaşdırır.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında belə deyilir.
2024-cü ildə “Orta Dəhliz” ilə ixracın həcmi 3,2 milyon ton təşkil edib. Ümumilikdə, marşrut üzrə yükdaşımalar il ərzində 62% artaraq 4,5 milyon tona çatıb. 358 konteyner qatarı və 27 min nəqliyyat vasitəsi daşınmışdır.
Qazaxıstanın dəniz infrastrukturunun inkişafı üzrə kompleks planında 2028-ci ilədək ölkə limanlarının ötürmə qabiliyyətini 50%, konteyner tutumunu isə 3 dəfə artırmaq nəzərdə tutulur.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Cənubi Qafqaz ölkələri və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir.
“Seanews.az”