Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-25,
Seanews
Heyder Eliyev

“Osaka Gas” sahildəki terminalından mayeləşdirilmiş təbii qazla gəmiləri bunker edən ilk şirkət olub

“Osaka Gas” Yaponiyada gəmiləri sahildəki terminaldan mayeləşdirilmiş təbii qazla (LNG) bunker edən ilk şirkət olub.

“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İlk bunker əməliyyatı (“Sahildən gəmiyə”) aprelin 21-də Yaponiyanın Takaişi şəhərindəki Senboku terminalında baş tutub. “MOL “gəmiçilik xəttinə məxsus “Capesize” tipli “Verde Heraldo” balkeri yanacaqla doldurulub.

Əvvəllər “Osaka Gas” birbaşa tankerlərdən LNG bunkerini həyata keçirirdi. Şirkət ixtisaslaşdırılmış gəmilərdən gəmiyə (“Gəmidən gəmiyə”) LNG bunker xidmətlərini işə salmağı planlaşdırır. İlk belə əməliyyatın 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, şirkət gələcəkdə dəniz yanacağı kimi LNG-nin sintetik metanla əvəzlənməsi imkanlarını öyrənir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır