"Handysize" tipli “Xocalı” gəmisinin istismara verilməsindən bir il ötür
AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli ilk quru yük gəmisinin – “Xocalı”-nın istismara verilməsindən bir il ötür.
Ötən dövrdə “Xocalı” ilə 7 beynəlxalq reys həyata keçirilib. Sakit, Atlantik və Hind okeanlarını əhatə edən səfərlər çərçivəsində gəmi dünyanın bir çox limanlarına, o cümlədən ABŞ, Çin, Cənubi Koreya, İndoneziya, Hindistan, Meksika və s kimi ölkələrin 15-dən çox ayrı-ayrı limanlarına yan alıb.
Bu müddətdə nəhəng gəmi ilə soda, şəkər, taxta, kükürd, sement və digər quru yüklər olmaqla, ümumilikdə 231 748 ton yük daşınıb.
Qeyd edək ki, ötən ilin 27 may tarixində Çin Xalq Respublikasında istismara qəbul olunan "Xocalı" məhdudiyyətsiz üzmə imkanlarına malikdir. Gəminin yükgötürmə qabiliyyəti (dedveyti) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu isə 10,47 metr, maksimum sürəti 15,7 uzeldir.