Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-30,
Seanews
Heyder Eliyev

MSC 120 yeni konteyner gəmisi sifariş edəcək

Seanews.az xəbər verir ki, dünyanın ən böyük konteyner daşıyıcısı olan Mediterranean Shipping Company (MSC) öz fider donanmasını yeniləmək üçün genişmiqyaslı layihəyə start verib.

Layihə çərçivəsində 1.100–5.000 TEU tutumlu 120-yə qədər konteyner gəmisinin sifarişi planlaşdırılır. Bu addım əsasən orta yaşı 22 olan mövcud fider gəmilərinin əvəzlənməsi məqsədi daşıyır. Yeni gəmilərin ilk partiyasının Çin gəmiqayırma zavodlarından 2025–2029-cu illər ərzində tədarük olunması nəzərdə tutulur.

Hazırda MSC-nin ümumi daşıma tutumu 2,2 milyon TEU olan 130-dan çox gəmi sifarişi var. Bu göstərici şirkətin ümumi gücünü 7 milyon TEU həddinə yaxınlaşdırır. Son 10 ildə MSC öz donanmasını üç dəfə böyüdüb.

Şirkətin sürətli inkişafı nəticəsində dənizə çıxışı olmayan İsveçrə belə dünyada ən çox gəmi sahibinə malik ölkələr siyahısında 9-cu yerə yüksəlib. Bu barədə məlumat “Vessels Value” analitik portalının 2025-ci ilin yanvarında dərc etdiyi illik reytinqdə yer alıb. Reytinqdə İsveçrənin yüksəlişi əsasən MSC-nin konteyner və kruiz donanması ilə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır