Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-01,
Seanews
Heyder Eliyev

ABŞ dəniz üstünlüyünü bərpa etmək üçün 6,2 milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Nəqliyyat Nazirliyi ölkənin dəniz gücünü artırmaq məqsədilə 10 illik müddətə 6,2 milyard dollar dəyərində 20 yeni müqavilə bağlayıb. Bu vəsait 51 gəminin texniki və operativ hazır vəziyyətdə saxlanmasına yönəlib.

Müqavilələr ABŞ Dəniz Administrasiyasına (MARAD) aid Ro-Ro və yardımçı gəmiləri əhatə edir. Layihə ABŞ-ın milli səfərbərlik zamanı logistikasını və hərbi nəqliyyat imkanlarını gücləndirməyə xidmət edir.

Yeni proqram əvvəlki illərlə müqayisədə üç dəfə çox investisiya nəzərdə tutur və 7 gəmiçilik operatorunu əhatə edir. Gəmilər ölkənin strateji limanlarında yerləşdirilərək 5 gün ərzində istismara hazır vəziyyətdə saxlanılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır