Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-13,
Seanews
Heyder Eliyev

İlk milli tankerimizin istismara verilməsindən 6 il ötür

İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 6 il ötür.

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. 

Tanker ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 36 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə 225 304, 297 ton neft və neft məhsulu daşınıb. 

Son bir ildə isə gəmi 48 958,323  ton yükü təyinat limanına çatdırıb.

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır