Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-11,
Seanews
Heyder Eliyev

Panama kanalındakı məhdudiyyətlər və Çində tayfunlar qlobal daşımaları pozur

Panama kanalında tutum məhdudiyyətləri və Çində baş verən tayfunlar qlobal konteyner daşımalarına ciddi təsir göstərir. Daşıyıcılar gəmiləri Panama kanalından alternativ marşrutlara yönəldir, Çinin tayfunlardan zərər çəkmiş limanlarına isə bəzi hallarda girişləri dayandırırlar. Bu, ABŞ-ninın şərq sahillərinə daşınma müddətinin uzanmasına səbəb olur.

“Seanews.az” xəbər verir ki, Panama Kanalı İdarəsi quraqlıq səbəbindən gəmilərin suya oturumu və keçidlərin sayına qoyulan məhdudiyyətləri sərtləşdirib. “Neopanamax” gəmiləri üçün maksimal suya oturum sentyabrın 2-dən 48 futa endirilib, oktyabrın 1-dən isə 47,5 futa salınması planlaşdırılır. Gündəlik “Neopanamax” keçidlərinin sayı 9-a, ümumi keçidlərin sayı isə sentyabrın 15-dən 32-yə endiriləcək.

Bu məhdudiyyətlər fonunda bəzi daşıyıcılar Panama kanalından keçmək əvəzinə Süveyş kanalı və Ümid burnu istiqamətindən istifadə edir. Belə marşrut dəyişiklikləri daşınma müddətini 10–13 günədək artıra bilər.

Çində isə tayfunlar Şanxay və Ninbo-Çjouşan kimi iri konteyner limanlarında əməliyyatları ləngidib. Şanxay limanında yükləmə işlərində 3–8 günlük, Nində isə təxminən 4 günlük gecikmələr qeydə alınır. Bəzi daşıyıcılar qrafiki bərpa etmək üçün bu limanlara girişləri müvəqqəti dayandırır ki, bu da daşımaların daha da gecikməsinə və limanlarda yük yığılmasına səbəb olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır