Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

Gəmi-muzeydə “Sülhün rəngləri” yaradıcılıq sərgisi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) elan etdiyi “Sülh Aylığı” çərçivəsində baş tutan tədbir ASCO və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Sərgidə uşaq evlərində böyüyən uşaqların, eləcə də Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin və Psixonevroloji Mərkəzin benefisiarlarının hazırladıqları rəsm əsərləri nümayiş olunub.

Müxtəlif rənglər və bədii ifadə vasitələri ilə yaradılan əsərlərdə sülh, dostluq, ümid, birlik və həmrəylik mövzuları iştirakçıların özünəməxsus baxışları ilə əks etdirilib.

Sərgidə nümayiş olunan əsərlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. I, II və III yerlərə layiq görülən iştirakçılar fəxri diplomlarla təltif olunublar.

Tədbir çərçivəsində gənc müğənni Camal Qasımovun iştirakı ilə musiqi proqramı da təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır