ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Belə ki, 2026-cı ilin yanvar-avqustunda bərələrlə 28 178 ədəd avtotexnika daşınıb. Ötən ilin səkkiz ayında isə bu göstərici 25 641 ədəd olub. Nəticədə daşımaların həcmi 10 faiz artıb.
Avtotexnika daşımaları tonla ifadədə daha çox artım göstərib. Cari ilin yanvar-avqustunda bərələrlə 728 536 ton avtotexnika daşınıb. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 643 623 ton təşkil edib. Bu da 13 faiz artım deməkdir.
Cari ilin hesabat dövründə bərə gəmiləri ilə tranzit avtotexnika daşımaları 678 760 tona çataraq keçən ilin göstəricisini 9% üstələyib.


