Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində “Xəzərin Avrasiya inteqrasiyasına töhfəsi: sülh, harmoniya və mehriban qonşuluq dənizi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir AMEA, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Xəzər-Avrasiya” Mərkəzinin (Rusiya) dəstəyi ilə baş tutub.

Dəyirmi masada beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.

İclası Rusiya Xalqları Assambleyası Şurası sədrinin birinci müavini İqor Kruqovıx açaraq Coğrafiya İnstitutunda Xəzər dənizi ilə bağlı uzun müddətdir tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, təşkilatın əsas məqsədi bu istiqamətdə əməli işlərin həyata keçirilməsi üçün konkret tədbirlər planının, yol xəritəsinin işlənib hazırlanmasıdır.

Sonra institutun direktoru, akademik Ramiz Məmmədov Xəzər dənizinin tarixi, siyasi mövqeyi, müasir vəziyyəti və problemləri haqqında təqdimatla çıxış edib. Bildirib ki, sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir: “Bəzi yerlərdə çirkləndiricilər normadan 10-20 dəfə artıqdır. Nərə balığı ehtiyatının tükənmə problemi yaranıb. Xəzər dənizinin səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib”.

Çıxışının sonunda alim Avrasiya Xalqları Assambleyasının birgə fəaliyyəti nəticəsində Xəzərin sülh, həmrəylik və mehriban qonşuluq dənizinə çevriləcəyinə ümidvar olduğunu söyləyib.

Bundan əlavə, dəyirmi masada Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Xalqları Assambleyası Şurasının sədri, siyasi elmlər doktoru Svetlana Semyonova, Həştərxan Dövlət Universitetinin nümayəndəsi, fəlsəfə elmləri doktoru Pavel Karabuşenko, Həştərxan Dövlət Universitetinin əməkdaşı, Rusiyanın Cənubu və Xəzərətrafı Problemlərin Tədqiqatı İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Anna Romanova, Milli İdman Növləri üzrə Komitənin həmsədri Nikolay Buxonin və digərləri çıxış edərək təkliflərini səsləndiriblər.

Sonra Avrasiya Xalqları Assambleyasının Qeyri-hökumət təşkilatlarının beynəlxalq təşkilatı ilə Azərbaycan Kazak Həmyerlilər Cəmiyyəti arasında əməkdaşlıq barədə saziş imzalanıb.

Dəyirmi masada, həmçinin "Xəzər bölgəsi: iqtisadiyyat, siyasət, mədəniyyət" jurnalının təqdimatı keçirilib.

Sonda tədbirin yekun sənədi qəbul olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır