Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Brakonyerliyin aradan qaldırılması üçün təkliflər planı hazırlanıb

Son dövrlərdə su hövzələrində balıq ehtiyatlarının artırılması və onun mühafizəsi sahəsində görülən müsbət işlər problemlərin həllinə olan ümidlərimizi artırıb.

Lakin, problemlər hələ də mövcuddur və qanunla Azərbaycana idxalına qadağa qoyulmuş sintetik torların açıq satışı, onların su hövzələrində brakonyerlər tərəfindən istifadəsi davam edir. Bəzi hallarda çevik tədbirlərin görülməməsi, əhalinin etinasızlığı, ictimaiyyətin həmin hallara göz yumması brakonyerliyin hələ də davam etməsinə səbəb olur.

Bu sözləri Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib.

İttifaqın rəhbərinin sözlərinə görə, təkcə brakonyerlik deyil, neftlə çirklənmiş suların, kanalizasiya sularının və digər sənaye tullantılarının təmizlənmədən su hövzələrinə axıdılması da su hövzələrini çirkləndirir və bu da balıq ehtiyatlarının məhvinə səbəb olur: "Həvəskar Balıqçılar İttifaqı olaraq aidiyyəti qurumlarla birgə brakonyerliyin aradan qaldırılması üçün təkliflər planı hazırlayıb bu problemin aradan qaldırılmasına çalışırıq. Əminik ki, birgə əməkdaşlığımız böyük işlərin görülməsinə gətirib çıxaracaq.

Problemlərin, yəni qadağan olunmuş vasitələrlə, qadağan olunmuş vaxtlarda balıq ovuna icazə verilməməsi və Azərbaycanda həvəskar balıq ovunun inkişafı üçün Daxili İşlər, Gənclər və İdman nazirliklərinin və Turizm Agentliyinin də dəstəyinə böyük ehtiyacımız var. Ümid edirik ki, həmin problemlərə düzgün yanaşıldığı halda onları birgə həll edə bilərik. Bunun üçün kimisə ittiham etmək yerinə birgə məsələnin həllinə çalışmalıyıq".

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır