Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  18 oktyabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda  “Bir kəmər, bir yol“ strategiyasının ölkəmizin tranzit imkanlarını genişləndirməsindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Avstraliya və Çinin qabaqcıl gəmiqayırma və gəmi dizaynı şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdən, “Lapis-Lazuli” tranzit dəhlizi ilə daşınan yüklərin həcminin artırılacağından, ölkəmizin “Şimal-Cənub”  Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirakından, Özbəkistanın Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraqlı olmasından, Ermənistanın beynəlxalq hüququ və onun universal prinsiplərini ən kobud şəkildə pozan dövlət olmasından, dünyada aclıqdan əziyyət çəkənlərin sayının sürətlə artmasından, “CaspianSAT”-ın Xəzər, Qara və Azov dənizləri, körfəzdə, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilər üçün təqdim etdiyi etibarlı rabitə xidmətindən, “Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında biznesin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılması” mövzusunda Tbilisidə keçirilən beynəlxalq forumda Böyük İpək Yolu və onun tərkib hissəsi olan “Qərb-Şərq” nəqliyyat dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinin xüsusi qeyd edilməsindən, dünyanın ən böyük gölü olan Xəzərin əvəzsiz  sərvətlərindən, ASCO-nun qabaqcıl gəmi heyətlərinin uğurlarından,  dənizçilərin təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlərdən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” - ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına layiq görülməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır