Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Su hövzələri sintetik torlardan təmizlənir

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Baş Şirvan kollektorunda keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli AZƏRTAC-a bildirib ki, Baş Şirvan kollektorunda keçirdiyimiz reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib, toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək.

K.Kərimli qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir: “Çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq.

Vətəndaşlara bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiniz. Çünki bu, canlılara qarşı cinayətdir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır