Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə seminar təşkil edilib

Dövlət Dəniz Agentliyinin təşkilatçılığı ilə agentlikdə Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”yə əsasən təşkil olunan seminar–kursların açılışı olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimçilər və iştirakçıların təqdimatından sonra kurs materialları diqqətə çatdırılıb. “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin əsasları və inkişafı, məqsədlər, “Dənizdə İnsan Həyatının Mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın (SOLAS) təsdiq prosedurları və məcburi tətbiqi, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin idarəetmə sistemlərinin özünü monitorinqi və tənzimlənməsi, “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə” ilə qarşılıqlı əlaqə, kapitanların məsuliyyət və səlahiyyətləri, resurslar və personal, gəmi əməliyyatları, fövqəladə hallara hazırlıq, uyğunsuzluqların, qəza hadisələri və bədbəxt hadisələrin araşdılrılması və hesabat, gəmi və onun avadanlıqlarının texniki xidməti, sənədləşdirmə, sertifikatlaşdırma və yoxlama kimi tələblər seminar–kursların ilk gününün mövzuları olub.

Seminar–kursların davam edəcəyi növbəti günlərdə Avropa Komissiyasının qətnamələri, direktivləri, Beynəlxalq Dəniz Təşkilatının qətnamələri, “Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq işlərin yerinə yetirilməsi üçün cəlb edilən tərəflərin ümumi tapşırıqları və məsuliyyətləri, gəmi əməliyyatlarına dair biliklər, şirkət və gəmilərin yoxlanılması və sertifikatlaşdırılması istiqamətində təlimlər keçiləcək.

Noyabrın 12–15-də baş tutacaq kurslar ingilis dilində keçiriləcək və sonda müvəffəqiyyətlə imtahan verən iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır