Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-18,
Seanews
Heyder Eliyev

Dənizçilər könüllü qanvermə aksiyasında iştirak ediblər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçuların qan və qan komponentlərinə olan tələbatının yaxşılaşdırılması məqsədilə könüllü qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyası ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təşkil olunub. 

ASCO-nun kollektivi nəcib aksiyada böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan bankının həkim transfuzioloqu Kazım Quliyevin rəhbərliyi ilə  həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin qaydalarından irəli gələn bütün tədbirlərə əməl olunub.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin qaydalarından irəli gələn bütün tədbirlərə əməl olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır