Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-08,
Seanews
Heyder Eliyev

"Şahdağ" gəmisinin motorçusu Cəfər Səfərli “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub

Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncamla təltif olunanlar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) “Şahdağ” gəmisinin motorçusu Səfərli Cəfər Mübariz oğlu da var.

Dənizçi həmkarımızı “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülməsi münasibətilə təbrik edir,  döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlıqlara görə minnətdarlığımızı bildiririk.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır