Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gəmilərin və insanların dənizdə təhlükəsizliyini təmin etmək üçün radioəlaqədən istifadə

Təyyarələr və gəmilər okeanlardan keçərkən yerüstü şəbəkədən kənarda olurlar.

Onilliklər ərzində gəmi kapitanları əlaqə və koordinasiya, həmçinin toqquşmaların qarşısını almaq məqsədi ilə təxmin edilən marşrutu elan etmək üçün radiodan istifadə ediblər.

Dənizdə təhlükəsizlik üçün kəsilməz radiorabitə olması vacibdir.

Dünyadakı yükdaşımalarının 80 faizi dəniz yolu ilə həyata keçirildiyindən təhlükəsiz naviqasiya gəmi heyəti üçün olduğu kimi dünya iqtisadiyyatı üçün də çox əhəmiyyətlidir.

Hazırda dənizçilər öz gəmilərinin və başqa gəmilərin yerini dəqiq təyin etmək üçün elektron sistemlərdən və peyk rabitəsindən istifadə edirlər. Bu təhlükəsiz naviqasiya üçün əsas şərtdir. Rabitə vasitəsi ilə onlar öz doğmalar ilə əlaqə saxlayır, həmçinin fövqəladə hallar zamanı axtarış-xilasetmə xidmətlərinə fəlakət siqnalı göndərə bilirlər.

Bugün  BMT-nin ixtisaslaşmış qurumu hesab edilən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) yerüstü radionaviqasiya sistemlərinin təkmilləşdirilməsində, orta dalğada çalışan dəniz radiomayakların və olduğu yeri təyin etmək üçün yerüstü sistemlərin daha da təkmilləşdirilməsi istiqamətində böyük işlər görür.

BTİ-nin Radiorabitə sektoru dünyadakı bütün radiorabitə xidmətlərinin (gəmidəki rabitə və radionaviqasiya bura aiddir) radiotezlik spektrindən istifadəsini idarə edir.

Dəniz Radiorabitə və naviqasiyası tezliklərinin qorunması “Radiorabitə Reqlamentinin” (RR) xüsusi müddəaları ilə təmin olunur. Bu müddəalar dəniz radiorabitə xidməti ilə digər radiorabitə xidmətlərinin uyuğunluğu haqqında araşdırma əsasında tətbiq olunur.

Dəniz avadanlıqlarından istifadə və onların funksionallığının qlobal şəkildə uyğunluğu  BTI-nin tövsiyələrinə və digər hesabatlara görə dəstəklənir.

"Radiorabitə Reqlamenti” maddələrinin 25 faizi dəniz radiorabitəsindən istifadənin tənzimlənməsi normalarından ibarətdir. Bu normalar dənizdə təhlükəsizliyi təmin edir. Məsələn, beynəlxalq razılaşmaya əsasən Cospas-Sarsat sistemində qəza radiomayakları vasitəsi ilə “fəlakət siqnallarının” ötürülməsi bütün dünyada maneələrdən qorunan eyni tezlikdə baş verir. Bu əhəmiyyətli tezliyin istifadə olunmasına nəzarət üçün BTİ-nin xüsusi proqramı da mövcuddur. Bu proqram “fəlakət siqnallarının” ötürülməsi üçün istifadə olunan radiomayakların (fəlakət yerini qeyd edən) həmin tezliyə qoşulmasını təmin edir.

Musa Əliyev - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır