Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Florida sahillərində əldəqayırma gəminin qəzaya uğraması nəticəsində azı 5 nəfər miqrant itkin düşüb

İçərisində azı 19 nəfər miqrant olan əldəqayırma gəminin Florida-Kisdən təxminən 75 kilometr məsafədə qəzaya uğraması nəticəsində azı 1 sərnişin həlak olub.

AZƏRTAC Floridanın hakimiyyət orqanlarının bəyanatına istinadla xəbər verir ki, ABŞ sahil mühafizə xidmətinin cənub-şərqi bölməsi itkin düşən 5 nəfərin axtarışlarını hələ də davam etdirir. Sahil mühafizə xidmətinin nümayəndələri 9 nəfərin xilas edildiyini, bir nəfərin batdığını bildiriblər. Gəmi saatda 45 kilometr sürətlə əsən külək istiqamətində Florida-Kis və Kuba arasında hərəkət edib. Sağ qalanların bəziləri xilasedici jiletdə olublar.

Sahil mühafizə xidməti miqrantların haradan gəldiklərini dəqiqləşdirməyib və onların ehtimal edilən marşrutlarının adını çəkməyib. Ötən ay 96 miqrant həddən artıq yüklənmiş, kifayət qədər ərzaq və su ehtiyatı olmayan qayıqdan xilas ediliblər. Sərnişinlərin əksəriyyəti Haiti və Uqandadan olub. Qayıq Florida ştatı ərazisində, Boka-Ratondan təxminən 30 kilometr məsafədə aşkar edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır