Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş CO2-nin daşınması üçün tankerin tikintisi imkanları araşdırılır

“Mitsubishi Heavy Industries”-yə  (“MHI”) daxil olan “Mitsubishi Shipbuilding”, gəmi layihəçisi və brokeri “Nihon Shipyard Co., Ltd.” (Tokiodakı “Imabari Shipbuilding Co., Ltd.” və “Japan Marine United Corporation”) innovativ gəminin inkişafı üçün birgə tədqiqatlara başlayıblar.

"Seanews.az”-ın məlumatına görə, gəmi mayeləşdirilmiş karbon qazının (LCO2) təhlükəsiz dəniz daşınması üzrə ixtisaslaşacaq. “Nihon Shipyard” gəmiqayırma zavodunda inşa ediləcək tanker 2027-ci ildə hazır olacaq.

Layihənin tərəfdarlarının fikrincə, karbon tutma və saxlama sistemlərinin CCS layihələri və tutulan CO2-nin yeraltı saxlanmasına, uzaq məsafələrə daşınmasına ehtiyac nəzərə alınmaqla, gələcəkdə LCO2 tankerlərinə tələbat artacaq. Asiya ölkələrində bu cür layihələr milli hökumətlər tərəfindən dəstəklənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır