Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Bioyanacaqla işləyən böyük konteyner gəmisi ilk səfərini başa vurub

Bioyanacaqla işləyən ilk böyük konteyner gəmisi olan “Ane Maersk” ilk səfərini uğula başa vurub.

“Seanews.az” xəbər verir ki, 350 metrlik gəmi “Maersk” şirkətinin sifarişi ilə tikilib və 16,6 min 20 fut (təxminən 6 metr) konteyner daşımaq üçün nəzərdə tutulub. Gəmi Ulsan şəhərində Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” şirkətinin tərsanəsində inşa edilib. “Ane Maersk” ilk səfərini Çinin Ninqbo limanından Hamburqa gedən marşrut üzrə həyata keçirib.

“Maersk”-də bildiriblər ki, bu yanacaqdan istifadə edərkən gəmi adi dizellə müqayisədə gündə 100 ton az karbon qazı buraxır. Yaxın iki ildə “Maersk”-də təxminən iyirmi belə gəmi olacaq.

Bundan əvvəl həmçinin bildirilmişdi ki, Yaponiyanın “NYK” gəmiçilik şirkəti də öz donanması üçün bioyanacaqdan istifadənin tammiqyaslı sınaqlarına başlamağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır