Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Milli qeydiyyatı olmayan “DEYİ” yük gəmisi saxlanılıb

Cənubi Koreya Şimali Koreyadan Çin üzərindən Vladivostoka üzən və milli qeydiyyatı olmayan “DEYİ” yük gəmisini saxlayıb.

“Seanews.az” xəbər verir ki, gəminin BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalarını pozduğu ehtimal edilir.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, gəmi martın sonunda Cənubi Koreyanın ərazi sularından keçərkən ələ keçirilib. Heyət üzvləri gəmini saxlamaq əmrini rədd etdikdən sonra sahil mühafizəsinin saxladığı gəmi hazırda Busandadır,

"Hökumətimiz Birləşmiş Ştatlarla sıx koordinasiyada gəminin Şimali Koreya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozması ilə bağlı araşdırma aparır", - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Cənubi Koreya səlahiyyətliləri gəminin tam olaraq nə daşıdığını təsdiq edə bilməyiblər, çünki heyət yük anbarını açmaqdan imtina edir. BMT-nin 2017-ci ildə qəbul etdiyi 2397 saylı qətnaməsi ölkəyə öz ərazi sularında Şimali Koreya ilə qadağan olunmuş fəaliyyətdə şübhəli bilinən istənilən gəmini saxlamağa, yoxlamağa və müsadirə etməyə icazə verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır