Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Üzən gəmi İndoneziyada LNG ilə işləyən elektrik stansiyasını yanacaqla təmin edəcək

“Mitsui O.S.K. Lines” (“MOL”) şirkəti üzən LNG saxlama, emal və boşaltma qurğusu (FSRU) olan “Jawa Satu” gəmisinin kommersiya istismarına başlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi İndoneziyanın “Jawa-1” LNG ilə işləyən elektrik stansiyasını yanacaqla təmin etmək üçün nəzərdə tutulub.

“MOL” gəmiçilik şirkəti İndoneziyanın “PT Pertamina” (Persero) şirkəti (Cakartadakı “PT Jawa Satu Regas”,“JSR”, Tokioda yerləşən “Marubeni Corporation” və “Sojitz Corporation” və digər tərəfdaşların birgə müəssisəsi) vasitəsilə FSRU-ya sahibdir və idarə edir.

Elektrik stansiyası üçün qaz LNG tankerləri ilə çatdırılacaq və “bortdan-borta” texnologiyasından istifadə etməklə “FSRU Jawa Satu”-ya ötürüləcək. Mayeləşdirilmiş qaz daha sonra elektrik stansiyasını idarə edən “PT Jawa Satu Power”-a (“Pertamina”, “Marubeni” və “Sojitz”-un a birgə müəssisəsi) göndəriləcək.

Qeyd olunur ki, bu, Asiyada üzən FSRU qurğusundan istifadə edən qazdan elektrik enerjisi istehsalı üzrə ilk layihədir. Elektrik stansiyasının gücü 1760 MVt-dır.

Beynəlxalq xətti gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”, Tokio) trans-Sakit okean, trans-Atlantik, Şimali və Cənubi Amerika və Asiya-Avropa daxil olmaqla, bütün dünyada həftəlik xətti və logistika xidmətlərinin ən böyük və ən çoxşaxəli şəbəkələrindən birini idarə edən 441 şirkətdən ibarət multimodal nəqliyyat qrupudur. Qrupun donanmasına ümumi dedveyti 50,7 milyon ton olan müxtəlif tipli 697 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır